İdman

Futzal yığmamız Minskə səfərə çıxacaq
Azərbaycanın futzal üzrə milli komandası gələn il yanvarın 13-dən 20-dək Minskdə təlim-məşq toplanışında olacaqdır. AFFA-nın saytında bu barədə verilən xəbərdə həmçinin bildirilir ki, bir həftə davam edəcək toplanış zamanı yığmamız yanvarın 16-da və 19-da Belarus milli komandası ilə iki yoldaşlıq görüşü də keçirəcəkdir.
Yeri gəlmişkən, futzal üzrə Azərbaycan çempionatında artıq səkkiz turun oyunları arxada qalmışdır. Turnir cədvəlində "ikihakimiyyətlikdir". Birinci-ikinci pillələrdə irəliləyən "Neftçi"və "Araz" komandaları hərəyə 20 xal toplamışlar. Üçüncü yeri tutan "Ekol"un 15 xalı vardır. Çempionatda doqquzuncu turun görüşləri sabah keçiriləcəkdir.

{nl}

"Zenit": 5 oyun, 5 qələbə
Bu yaxınlarda Rusiya çempionatının qızıl medallarını qazanmış Sankt-Peterburqun "Zenit" komandası UEFA Avropa Liqasında da pərəstişkarlarını qələbə ardınca qələbə ilə sevindirir. Qrup mərhələsinin beşinci turunda Belçikanın "Anderlext" klubunu 3:1 hesabı ilə məğlubiyyətə uğradan "Zenit" xal ehtiyatını 15-ə çatdıraraq "G" qrupunun turnir cədvəlində ən yaxın rəqibi olan AEK-i (Yunanıstan) 8 xal geridə qoyur. Bu turda yunanlar rəqib meydanında "Hayduk"a (Xorvatiya) qalib gəlmişlər.
"Metallist" (Ukrayna) da qrup mərhələsinin finişinə bir tur qalmış pley-off mərhələsinə vəsiqəni özünə təmin etmişdir. Xarkovlular "Debretsen" (Macarıstan) üzərində qələbə qazanmışlar - 2:1. "İ" qrupunun digər oyununda "Sampdoriya" (İtaliya) PSV-yə (Hollandiya) uduzmuşdur-1:2. Bu qrupdan növbəti mərhələdə mübarizəni "Metallist"lə (10 xal) yanaşı PSV (13) davam etdirəcəkdir.
Daha dörd qrupda isə hakimlər aşağıdakı nəticələri qeydə almışlar:
"A" qrupu. "Mançester Siti" (İngiltərə) - "Zaltsburq" (Avstriya) - 3:0, "Lex" (Polşa) - "Yuventus" (İtaliya) - 1:1. Müvafiq surətdə 10 və 8 xala malik ingilislər və polyaklar da pley-off sınaqlarında yollarına davam edəcəklər.
"B" qrupu. "Atletiko" (İspaniya) - "Aris" (Yunanıstan) - 2:3, "Rusenborq" (Norveç) - "Bayer" (Almaniya) - 0:1. Qrupun lideri "Bayer"in 11, ikinci-üçüncü yerləri bölüşdürən "Aris"lə "Atletiko"nun 7 xalı vardır.
"C" qrupu. "Sportinq" (Portuqaliya) - "Lill" (Fransa) - 1:0, "Gent" (Belçika) - "Levski" (Bolqarıstan) - 1:0. İlk iki yeri "Sportinq" (12 xal) və "Gent" (7) tuturlar.
"H" qrupu. "Yanq Boyz" (İsveçrə) - "Ştutqart" (Almaniya) - 4:2, "Odense" (Danimarka) - "Xetafe" (İspaniya) - 1:1. Almaniya klubu (12 xal) və ondan üç xal geri qalan İsveçrə futbolçuları artıq rəqibləri üçün əlçatmazdırlar.
Beşinci turun qalan oyunları, o cümlədən ÇSKA (Bolqarıstan) - "Beşiktaş" (Türkiyə) görüşü dünən axşam keçirilmiş və Bakı vaxtı ilə gecəyarısı başa çatmışdır.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında