Praqadan gümüş medalla

Çexiyanın paytaxtı Praqada 8-18  yaşlı oğlan və qızlar arasında şahmat üzrə Avropa çempionatına yekun vurulmuşdur. Çempionatın mükafatçılarından  biri Azərbaycan şahmat məktəbinin yetirməsi Əli Süleymanov olmuşdur.

Səkkiz yaşlı oğlanlar qrupunda çıxış edən Əli 9 mümkün xaldan 7 xal toplayaraq Avropa çempionatının gümüş medalını  qazanmışdır.Qızıl  mükafat təmsilçimizi yarım xal qabaqlayan Rusiya şahmatçısı Artyom Ringişə təqdim olunmuşdur.

On iki yaşlı qızların çempionatında   ən yaxşı nəticəni türkiyəli Sina Çağların  göstərdiyini də qeyd edək. Qardaş ölkə şahmatçısı 8 xalla birinci yeri tutmuş və qızıl medal qazanmışdır. Bu yaş qrupunda Azərbaycan məktəblisi Səbinə Rzalı 12-ci  nəticə göstərmişdir – 6 xal.

Oqtay BAYRAMOV,
"Xalq qəzeti"

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında