Şahmatçılarımız Avropa çempionatının liderlər qrupunda

Çexiyanın paytaxtı Praqada keçirilən 8-18 yaşlı oğlan və qızlar arasında şahmat üzrə Avropa birinciliyinin medalları uğrunda bir qrup Azərbaycan təmsilçisi də mübarizə aparır. Altı turdan sonra həmvətənlərimiz iki yaş qrupunda liderlər sırasında irəliləyirlər.

On iki yaşlı iştirakçıların yarışında Aydın Süleymanlı keçirdiyi altı görüşdən ikisində israilli rəqiblərinə, üçündə İslandiya, Rusiya və Gürcüstan şahmatçılarına qalib gəlmiş, bir oyunda isə ukraynalı yaşıdı ilə heç- heçəyə razılaşmışdır. Aydın 5,5 xal toplamış və daha iki şahmatçı ilə turnir cədvəlində birinci-üçüncü yerləri bölüşür.

Çempionatda 160-a yaxın iştirakçı yarışır. Finişə isə üç tur qalır. Əgər Süleymanlı son turlarda da uğurlu nəticələrə nail olsa, Praqadan Bakıya Avropa çempionatının medalı ilə qayıda bilər.

Daha bir şahmatçımız isə səkkiz yaşlılar qrupunda çıxış edir. Əli Süleymanlı altı görüşdən sonra 5 xala malikdir. O da liderlər qrupundadır.

Oqtay BAYRAMOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında