Cəbrayıl HƏSƏNOV: Olimpiya Oyunlarında qazanılan hər bir medal qiymətlidir

Olimpiya üçüncüsü oldum. Əlimdən gələni etdim. Çox istəyirdim ki, qızıl medal qazanım, alınmadı. Təbii ki, Olimpiya Oyunları kimi mötəbər yarışda qazanılan hər bir medal qiymətlidir.

Bu fikirləri “Rio-2016” Yay Olimpiya Oyunlarında 74 kiloqram çəkidə bürünc medal əldə etmiş sərbəst güləşçimiz Cəbrayıl Həsənov səsləndirib.

O, yarımfinalda rusiyalı Ənvər Geduyevə uduzmasının səbəbini belə izah edib: “Görüşün əvvəlində 3:0 hesabı ilə irəlidə idim. Rəqib güclü idmançı idi. Hakim haqsızlığı ilə də üzləşdim və üstünlüyümü axıradək qoruyub saxlaya bilmədim. Hər halda, çox sevinirəm ki, ölkəmə medalla qayıda bildim”.

Xatırladaq ki, C.Həsənov səkkizdəbir finalda kolumbiyalı Karlos Arturo İzkuerdo Mendesə qalib gəlib. Növbəti mərhələdə Gürcüstan idmançısı Yakob Makaraşvilini məğlub edən azərbaycanlı pəhləvan yarımfinalda rusiyalı Ənvər Geduyevə uduzub. Təsəlliverici görüşdə isə özbəkistanlı Bekzod Abduraxmanova qalib gələrək komandamızın hesabına bürünc medal yazdırıb.

AZƏRTAC

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında