Firdovsi UMUDOV: “Rio-2016”da qazandığımız qələbələri şəhidlərimizə həsr edirik

Biz güləşçilər Olimpiya oyunlarında qazandığımız qələbələri bütün şəhidlərimizə həsr edirik.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarında sərbəst güləş üzrə Azərbaycan milli komandasının böyük məşqçisi Firdovsi Umudov bildirib.

F.Umudov deyib: “Altı çəki dərəcəsində beş medal qazanaraq, komanda hesabında birinci yeri tutduq. Bütün güləşçilərimiz qızıl medal qazanmağa layiq idi. Bundan sonra da çalışacağıq ki, uğurlarımızı davam etdirək. Biz qələbələrimizi aprel döyüşlərində şəhid olmuş əsgərlərimizə və ümumiyyətlə, bütün şəhidlərimizə həsr edirik. İnanırıq ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə hələ çox zəfərlərə nail olacağıq”.

Xatırladaq ki, “Rio-2016”-da idmançılarımız 18 medal qazanaraq tarixi nailiyyətə imza atıblar. Həmçinin Azərbaycan Rio-de-Janeyro olimpiadasında ilk dəfə daha 4 idman növü - kamandan oxatma, kanoe slalom, trek velosipedi və triatlonda təmsil olunub.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında