Toğrul Əsgərov: Sevinirəm ki, komandamızın “Rio-2016”da qazandığı 18 medalda mənim də payım var

Rioda qızıl medal qazanıb Azərbaycan idman tarixinə ikiqat Olimpiya çempionu kimi düşmək arzusunda idim. Amma iş elə gətirdi ki, gümüş medalla kifayətlənməli oldum. Zənnimcə, çox güclü rəqabətin olduğu yarışlarda hər bir medal qiymətlidir. Komandamızın qazandığı 18 medalda mənim də payım olduğu üçün çox sevinirəm.

Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanan sərbəst güləşçimiz Toğrul Əsgərov bu fikirləri Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimində səsləndirib.

Güləşçimiz bildirib ki, final görüşü onun üçün uğursuz oldu. ­“Görüşün əvvəlində zədələndim. Bu zədə öz təsirini göstərdi və Rusiyadan olan güclü rəqibimə uduzdum. İndi var qüvvəmlə çalışacağam ki, London Olimpiadasındakı uğurumu “Tokio-2020”də təkrarlayım”,
– deyə Toğrul Əsgərov vurğulayıb.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında