“Rio-2016”dan qayıdan Azərbaycan idmançıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarından Vətənə qayıdan Azərbaycan millisinin üzvləri avqustun 23-də ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, idmançılarımız maşın karvanı ilə hava limanından birbaşa Heydər Əliyev Sarayının qarşısındakı parka gələrək, müasir müstəqil dövlətimizin memarı və qurucusu, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafına, gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsinə daim böyük qayğı göstərmiş ulu öndərin xatirəsini ehtiramla anıb, abidəsi önünə əklil və gül dəstələri qoyublar.

Qeyd edək ki, “Rio-2016” ­Olimpiya Oyunlarında Azərbaycan atletləri 18 medal qazanıblar. Azərbaycanın Olimpiya millisi medal sayı baxımından dünyada 207 ölkə arasında 15-ci, medalın keyfiyyəti baxımından isə 39-cu yerdə qərarlaşıb. Bu nailiyyətlə ölkəmiz Avropa dövlətləri arasında yeddinci, İslam dövlətləri arasında birinci, postsovet məkanında isə ikinci olub.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında