“Avarçəkmə üzrə iki Olimpiya medalı böyük qələbədir”

Rio-2016-da Azərbaycan yığması artıq bir neçə rekord müəyyənləşdirib. Rekordlardan birini 5 növ (cüdo, boks, avarçəkmə, taekvondo, güləş) üzrə medal əldə etməyimizlə qazanmışıq. Qeyd edək ki, avarçəkmə üzrə müstəqillik tariximizdə ilk dəfə, özü də iki medalın əldə edilməsi bu idman növündə inkişafın bariz nümunəsidir.

Medallardan birini – gümüş mükafatı   Valentin Demyanenko, digərini - bürünc medalı İnna Osipenko-Radomskaya qazanıblar.

Qeyd edək ki, 200 metr məsafədə bürünc medal qazanan İnna ikinci medalı da qazanmağa çox yaxın idi. 500 metr məsafədə yarışda finalçılar arasında yer alan idmançımız, təəssüf ki, medalçılar sırasına düşə bilmədi. Hər iki idmançı ilə əlaqə yaradıb, fikirlərini “Xalq qəzeti” üçün qələmə aldıq.

Valentin Demyanenko yarışların gərgin mübarizə şəraitində keçdiyini dedi: “Qarşıma medal qazanmaq məqsədini qoymuşdum. Yarışda güclü idmançılar iştirak edirdilər. İlk yerlər uğrunda mübarizə gərgin keçdi. Gücümə inanırdım. Bilirdim medalçılar sırasına düşə bilərəm. Bunun üçün fasiləsiz məşqlər etmişdik. Ötən illər iştirak etdiyimiz nüfuzlu yarışlarda bir sıra nailiyyətlər qazanmışdıq. Potensialımdan maksimum istifadə etdim, gümüş medal qazandım. Olimpiadada mübarizə mənə unudulmaz anlar bəxş etdi. Bunun üçün idmana minnətdaram”.

İnna ilə söhbətimiz zamanı nəticəsindən çox razı qaldığını bildirdi, qeyd etdi ki, Azərbaycan bayrağını Rioda yüksəklərə ucaltdığı üçün xoşbəxtdir: Olimpiya medalını qazanmaq hər bir idmançıya qismət olmur. Olimpiada tam fərqli bir yarışdır və burada idmançının hərtərəfli hazırlığı mühüm rol oynayır. Bizim yüksək səviyyədə çıxış etməyimiz üçün hər bir şərait yaradılmışdı. Biz idmançılar dövlətin diqqət və qayğısını hər an üzərimizdə hiss edirik. Bildiyiniz kimi, 500 metr məsafədə də ilk üçlüyə düşmək şansım yüksək idi. Finalda mübarizə apardım. Təəssüf ki, medal qazana bilmədim. Bürünc medal qazandığıma və Azərbaycanın bayrağını yüksəklərə ucaltdığıma görə xoşbəxtəm.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalov avarçəkənlərimizin çıxışları ilə bağlı fikirlərini qəzetimizlə bölüşdü.  O avarçəkmə növü üzrə ilk dəfə iki Olimpiya medalının əldə edilməsini böyük qələbə adlandırdı. Qazanılmış nailiyyətlərin bu idman növünün gələcək inkişafında əhəmiyyətli rol oynayacağına əmin olduğunu bildirdi. Elçin müəllim onu da əlavə etdi ki, artıq gənc, perspektivli idmançılar yetişir və gələcək yarışlarda onların uğur qazanmaları üçün federasiya tərəfindən hər bir şərait yaradılacaq.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında