Avarçəkənimiz fəxri kürsünün ikinci pilləsində

Dünən, Rio-de- Janeyroda XXXI Yay Olimpiya Oyunlarının on üçüncü günü Azərbaycanın avarçəkmə üzrə yığma komandasının üzvü Valentin Demyanenko kanoedə 200 metr məsafəyə final yarışlarında inamla çıxış edərək Olimpiadanın gümüş mükafatçısı olmuşdur.

Avarçəkənimiz bir gün əvvəl təsnifat startlarında və yarımfinal yarışlarında olduğu kimi , final yürüşündə də yüksək sürət nümayiş etdirmişdir. Bir gün əvvəl yarımfinalda qazandığı müvəfəqiyyəti finalda bir qədər də inkişaf etdirmək, finişə mükafatçılar üçlüyündə çatmaq əzmində olan Demyanenko məqsədinə çatmışdır. Valentin məsafəni 39,493 saniyəyə qət edərək ikinci yeri tutmuş və gümüş medal qazanmışdır.

Bu məsafədə Olimpiadanın çempionu isə ukraynalı Yuri Çeban olmuşdur. O, 39,279 saniyə nəticə göstərmişdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında