İnna Osipenko-Radomskaya: 500 metr məsafəyə yürüşdə uğurlu nəticə əldə etmək üçün daha çox çalışacağam

Olimpiada çox məsuliyyətli yarışdır. Belə yarışlara bütün həyatımız boyu hazırlaşırıq. Olimpiya Oyunlarına vəsiqə qazanıb start xəttinə çıxmağın özü bir nailiyyətdir. Finişə çatıb medal qazandıqda isə insan inanılmaz hisslər keçirir.

Bu fikirləri “Rio-2016”da 1 nəfərlik qayıqla 200 metr məsafəyə final yürüşündə bürünc medal qazanan Azərbaycan kayakçısı İnna ­Osipenko-Radomskaya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə söhbəti zamanı bildirib.

O deyib: “Olimpiadanın fəxri kürsüsündə biz hamımız qalibik. Ona görə qalibik ki, yarışlarda çox idmançı iştirak edir, amma hər kəs Olimpiadaya vəsiqə qazana bilmir. Olimpiadada iştirak etməyin özü bir zirvədir. Qazandığım medaldan razıyam. İki yüz metr məsafəyə yürüşdə bürünc medal çox yaxşı nəticədir. Bu yarış çox sürətli və qısa məsafədir. Burada bəxt amili də böyük rol oynayır. Bu gün yalnız avarçəkmə növlərində deyil, Olimpiadada ilk medalı qazandığım üçün çox sevincliyəm. Əməyim mükafatsız qalmadı. Qarşıda 500 metr məsafəyə yürüş də var. Mən 500 metr məsafəyə yürüşdə daha çox mübarizə aparacağam. Nəticənin necə olacağını isə zaman göstərəcək”.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında