Cüdoçularımıza Rio-de-Janeyroda sertifikat təqdim olunub

 Rio-de-Janeyrodakı Atletlər kəndində, Azərbaycan nümayəndə heyətinin qərargahında XXXI Yay Olimpiya Oyunlarında cüdo idman növü üzrə ilk səkkizlikdə yer almış cüdoçularımız Rüstəm Orucov və Orxan Səfərovun mükafatlandırılması mərasimi təşkil olunub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova AZƏRTAC-a bildirib ki, mərasimdə Azərbaycan nümayəndə heyətinin rəhbəri, şef-de-mission İlham Mədətov, cüdoçular və məşqçilər iştirak ediblər.

 İlham Mədətov Azərbaycana ilk gümüş medalı qazandırdığına görə Rüstəm Orucova təşəkkürünü bildirib. O vurğulayıb ki, R.Orucovun medal qazanması digər idmançılar üçün də stimul olacaq, onlara qələbə əzminin artmasında böyük ruh yüksəkliyi verəcək. 

Daha sonra İlham Mədətov Rüstəm Orucova və Orxan Səfərova Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və Rio-2016 Təşkilat Komitəsinin sədri Karlos Vuzmanın imzaları ilə sertifikatları təqdim edib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında