İdman xəbərləri

Əsl voleybol tamaşası
Hər şeydən göründüyü kimi, qadın komandaları arasında voleybol üzrə növbəti Azərbaycan çempionatı idman həvəskarlarımıza əvvəldən axıradək çox maraqlı mübarizə vəd edir. Belə bir qənaətə gəlməyə çempionatın elə startında şahidi olduğumuz və böyük zövq aldığımız gərgin oyunlar əsas verir. Mövsümlərarası dövrdə sıralarını möhkəmləndirmiş altı klub qələbə əzmində bir-birindən geri qalmır.
"Sərhədçi" İdman Olimpiya Mərkəzində çempionatın açılışı günü onlardan üçü məğlubiyyətlə barışmalı olsa da, bu komandalar öz oyunları ilə göstərdilər ki, tezliklə onlar da qələbələrinin hesabını açmağa ümid edə bilərlər. Birinci turdan qalib ayrılan klublar isə müvafiq surətdə "Bakı" və "İqtisadçı"nı 3:0 hesabı ilə məğlubiyyətə uğradan "Azərreyl" və "Rabitə", eləcə də "Lokomotiv"lə beş hissə davam edən gərgin görüşdə qələbə qazanan (3:2) "Şirvan" voleybolçuları oldular.
Çempionatda ikinci turun oyunları dekabrın 5-nə təyin edilmişdir. Bundan üç gün əvvəl, dekabrın 2-də isə Çempionlar Liqası turnirinə Buxarestdə Rumıniyanın "Dinamo" komandası üzərində qələbə ilə başlayan Azərbaycan çempionu "Rabitə" bu yarış çərçivəsində ikinci oyununu keçirəcəkdir. Voleybolçularımız bu dəfə doğma meydanda İtaliyanın "Skavolini" klubuna da qalib gəlib qrupda vahid lider olmağa çalışacaqlar.

{nl}

"Əskişəhərspor" turnir vəziyyətini yaxşılaşdırır
"Trabzonspor" Superliqanın 14-cü turunda rəqib meydanında "Qaziantepspor"u məğlubiyyətə uğradaraq (3:1) özünün lider səlahiyyətini daha bir həftə müddətinə uzatmışdır. Turnir cədvəlinə tək-tənha başçılıq edən trabzonluların 33 xalı vardır.
Tur Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovu öz sıralarına dəvət etdikdən sonra ölkəmizin futbol ictimaiyyətinin diqqət mərkəzində olan "Əskişəhərspor"a da qələbə sevinci gətirmişdir. Zədə səbəbindən bu görüşdə meydana çıxa bilməyən Sadıqovun komandası "Manisaspor" üzərində qələbə qazanmaqla (2:1) turnir vəziyyətini bir qədər də yaxşılaşdırmışdır. Hazırda "Əskişəhərspor" 15 xalla 12-ci yeri tutur.
Superliqada növbəti, 15-ci turun görüşləri dekabrın 3-6-da keçiriləcəkdir. "Əskişəhərspor" bu turda "Kayserispor"un qonağı olacaq.

{nl}

"Nou Kamp"da nokaut
İspaniya milli çempionatının 13-cü turuna təsadüf etmiş və bütün dünya futbol ictimaiyyətinin diqqət mərkəzində olmuş "Barselona" - "Real" görüşündə heç kimin gözləmədiyi bir nəticə qeydə alınmışdır. "Nəhənglərin dueli"ndə barselonalılar Madridin "Kral klubu"nu beş cavabsız qolla nokauta salmışlar - 5:0!
Bu unudulmaz qələbə 13 turdan sonra xal ehtiyatını 34-ə çatdıran "Barselona"ya 32 xala malik "Real"ı turnir cədvəlinin zirvəsindən sıxışdırmaq imkanı vermişdir. Üçüncü yeri tutan "Vilyarreal"ın isə 27 xalı vardır.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında