Rio-de-Janeyroda IV İslam Həmrəylik Oyunlarının təqdimatı olub

Rio-de-Janeyronun “Windzor Barra” otelində 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının təqdimat mərasimi keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova AZƏRTAC-a bildirib ki, 60-dan çox qonağın iştirak etdiyi mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov, IV İslam Həmrəylik Oyunları Əməliyyat Komitəsinin direktoru Elçin Səfərov, Rio Olimpiadasında Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, rəsmilər, eyni zamanda, İslam Həmrəylik İdman Federasiyasının birinci vitse-prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, polkovnik Hamad Kalkaba Malboum, Nigerin Baş naziri Ada Salissau, Qvineya-Bissaunun Baş naziri Bakiro Dja, Malayziya, İndoneziya, Qvineya-Bissau, Çad, Qambiya, Fələstin, Suriya və digər İslam ölkələrinin Milli Olimpiya komitələrinin prezidentləri, baş katibləri, idman məsələləri üzrə məsul şəxsləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azad Rəhimov ölkəmizin bir sıra mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etdiyini bildirib. Bu baxımdan birinci Avropa Oyunlarını, “Formula-1” Avropa Qran-prisini və digər mötəbər yarışları xüsusi qeyd edən nazir deyib: “Daim dünyaya tolerantlıq nümayiş edən Azərbaycanın IV İslam Həmrəylik Oyunlarını keçirməkdə məqsədi İslam dininin gözəlliyini, insanlar arasında dostluq, mehribanlıq münasibətlərini təbliğ etməsini dünyaya göstərməkdir. Gələn il 12 yarış günü ərzində beş mindən çox idmançı idmanın 20 növü üzrə mübarizə aparacaq. Daim hər bir yarışa yüksək səviyyədə ev sahibliyi edən ölkəmiz, IV İslam Həmrəylik Oyunları ilə Azərbaycan simasında müsəlman ölkəsinin gözəlliyini, tolerantlığını dünyaya nümayiş etdirəcək”.

Sonra IV İslam Həmrəylik Oyunları haqqında hazırlanmış film nümayiş etdirilib. Filmdə Oyunlara hazırlıq prosesi, idman obyektləri haqqında məlumat və digər mühüm məqamlar əksini tapıb.

Filmin nümayişindən sonra nazir Azad Rəhimov IV İslam Həmrəylik Oyunlarına hazırlıq prosesi, qeydiyyat, idmançıların qalacaqları məkanlar, yarışların keçiriləcəyi idman obyektləri və digər məsələlərlə bağlı sualları cavablandırıb.

Tədbirdə bu mötəbər yarışla bağlı geniş fikir mübadiləsi aparılıb, qonaqlara xatirə hədiyyələri təqdim olunub.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında