Azərbaycan cüdoçusu XXXI Yay Olimpiya Oyunlarının gümüş medalına sahib olub

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının üçüncü günündə - avqustun 8-də Azərbaycan yığma komandası ilk medalını qazanıb. Olimpiadada 73 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Rüstəm Orucov finalda yaponiyalı Şohei Onoya uduzaraq Olimpiya Oyunlarının gümüş medalına sahib olub.

73 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz 1/16 finalda Qazaxıstan təmsilçisi Didar Hamza ilə üz-üzə gəlib. Rəqibini məğlub edən R.Orucov səkkizdəbir finalda Jake Bensted (Avstraliya) üzərində ipponla qələbə qazanıb. Azərbaycan idmançısı dörddəbir finalda “London-2012” Olimpiya Oyunlarının gümüş mükafatçısı, Macarıstan təmsilçisi Miklos Unqvarini məğlub edib. Yarımfinal mərhələsində Saqi Muki (İsrail) ilə qarşılaşan R.Orucov görüşü qələbə ilə başa vurub. Lakin həlledici qarşılaşmada yaponiyalı Şohei Onoya məğlub olan cüdoçumuz XXXI Yay Olimpiya Oyunlarını ikinci sırada başa vurub.

Azərbaycan boksçusu dünya çempionatının bürünc medalçısı, birinci Avropa Oyunlarının qalibi Abdulqadir Abdullayev (91 kq) də “Rio-2016”də ilk görüşündə qələbə qazanıb. İlk döyüşdə Fransa idmançısı Paul Omba Bionqolonu texniki nakautla məğlub edən Abdulqadir Abdullayev dörddəbir final mərhələsinə vəsiqə qazanıb. Avqustun 10-da növbəti döyüşünə çıxacaq idmançımızın rəqibi özbəkistanlı Rustam Tulaganov olacaq.

Qeyd edək ki, yığmamız Rioda 10 kişi, 1 qadın boksçu ilə təmsil olunur. Turnirdə 49 kiloqram çəki dərəcəsində yarışan Rüfət Hüseynov ilk turda mübarizəni dayandırsa da, 81 kiloqramda çıxış edən Teymur Məmmədov Olimpiadaya qələbə ilə başlayıb.

Olimpiya Oyunlarının qılıncoynatma yarışında yeganə təmsilçimiz Səbinə Mikina isə ilk qarşılaşmada mübarizəni dayandırıb. Tunisli Besbes Azza ilə üz-üzə gələn təmsilçimiz rəqibinə məğlub olub.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında