Olimpiada futbolla başlandı

Rio-de-Janeyroda Olimpiada – 2016-nın  açılış  mərasimi  bu günə təyin olunsa da,  artıq  yarışlara  start verilmişdir. Birinci  olaraq meydana  qadınlardan  ibarət futbol  komandaları  çıxmışlar.

İlk  beş oyundan ikisində böyük  hesab  qeydə alınmışdır. Braziliya komandası  Çin yığmasını  üç  cavabsız qolla  məğlubiyyətə  uğratmış -- 3:0,  Almaniya -- Zimbabve görüşü  isə almanlardan daha  böyük  üstünlüyü  şəraitində  davam etmişdir -- 6:1.

Digər  üç oyun  belə  nəticələnmişdir: İsveç -- Cənubi  Afrika  Respublikası 1:0,  Kanada -- Avstraliya -- 2:0,  ABŞ -- Yeni  Zelandiya -- 2:0.

Bu  növdə XXXI  Yay Olimpiya  Oyunlarının  çempion  və  mükafatçıları  avqustun 19-da  məlum olacaq.

 

Karate  və  daha dörd  idman  növü

 

Beynəlxalq  Olimpiya  Komitəsinin (BOK)  Rio-de-Janeyroda keçirilmiş 129-cu  sessiyasında  idmanın  beş növü  üzrə mühüm qərar  qəbul  edilmişdir.

BOK  karate, beysbol,  softbol/serfinq, qayayadırmanma  və skeytbordinqi 2020-ci ildə  Yaponiyanın  paytaxtı  Tokioda  keçiriləcək  növbəti  Olimpiya Oyunlarının   proqramına  daxil  etməyi qərara  almışdır.

Bu barədə  xəbər sıralarında  dəfələrlə  dünya  və  Avropa  çempionu Rafael Ağayev  kimi  mahir  ustaların  yetişdiyi  Azərbaycan  karateçilərini  və   onların  pərəstişkarlarını  sevindirməyə  bilməz.

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında