Yalnız qələbə – başqa yol yoxdur

 

Azərbaycan çempionu Ağdamın "Qarabağ" ­komandası bu axşam çox məsul bir oyunda meydana çıxacaq. Təmsilçimiz çexiyalı rəqibi "Viktoriya"nın adından çəkinməyib, onu  Bakıdan məğlubiyyətlə yola salsa, UEFA Çempionlar Liqası turnirində üçüncü təsnifat mərəhələsi sınaqlarından da şərəflə çıxaraq Avropa klub futbolunun ən mötəbər  yarışının pley-off görüşlərində oynamaq hüququ qazanacaq. Gözəl prespektivdir!

Tofiq Bəhramov adına Respublika Stadionunun tribunalarında on minlərlə azarkeşin birinci dəqiqədən son saniyələrədək həyəcanla izləyəcəyi   "Qarabağ"-"Viktoriya" görüşündə topa ilk zərbə saat 20:30-da endiriləcək. UEFA bu oyunda ədaləti qorumağı Hüseyn Göçekin başçılığı ilə türkiyəli hakimlər briqadasına   həvalə etmişdir. "Qarabağ"ı tribunalarda da, teleekran qarşısında da var qüvvə ilə, yorulmadan dəstəkləməyə hazırlaşaq.

Hələlik isə bir həftə əvvəl Plzendə keçirilmiş ilk oyundan sonra hesab 0:0-dır. Bakıda cavab görüşündə bizə yalnız qələbə ­lazımdır. Başqa yol yoxdur.

Lakin futbol içtimaiyyətimiz bu günlər təkcə "Qarabağ" həyəcanı ilə yaşamır. Bizim "Qəbələ"miz də var. Avroliqa yarışlarının ilk iki mərhələsində Gürcüstanın 

"Samtredia", Macarıstanın MTK komandaları ilə görüşlərdəki kimi, üçüncü mərhələdə fransızların "Lill" klubu ilə rəqabətdə də qələbəyə can atan "Qəbələ". Səfərdə qollu   heç-heçə (1:1) bu klubumuzun üçüncü təsnifat mərhələsini aşmaq imkanlarını artırmışdır.

Avqustun 4-də "Bakcell Arena"da "Qəbələ"-"Lill"  cavab görüşü saat 21-də başlanacaq. Oyunu rusiyalı hakim Aleksey Yeskov idarə edəcək.

Azərbaycanın "Qarabağ"-"Qəbələ" tandeminin avrokuboklarda çıxışlarını maraqla izləməkdə davam edək.

Oqtay BAYRAMOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında