İdman

Fransadan beş medalla
Azərbaycanın sərbəst güləş ustaları Fransada başa çatmış beynəlxalq turnirdə beş dəfə fəxri kürsüyə dəvət olunmuşlar. Həmyerlilərimizə 3 qızıl və 2 bürünc medal təqdim olunmuşdur.
Mahmud Məhəmmədov (55 kq), Toğrul Əsgərov (60 kq) və Zəlimxan Hüseynov (66 kq) bütün rəqiblərini məğlubiyyətə uğradaraq turnirin qalibi olmuşlar. Cəbrayıl Həsənov (74 kq) və Çamsulvara Çamsulvarayev (84 kq) isə çıxışlarını bürünc mükafatla başa vurmuşlar. Yığmamızın komanda hesabında birinci yeri tutduğunu da buraya əlavə etsək, həqiqətən, Azərbaycanın sərbəst usulla güləşənləri finişə yaxınlaşmaqda olan ildə daha bir mötəbər yarışın sınaqlarından şərəflə çıxmışlar.{nl}

Altıncı qələbə "Qəbələ"ni beşinci pilləyə yüksəltdi
Unibank Premyer Liqası. 15-ci tur. "Bakı" - "Xəzər-Lənkəran" - 1:1, "Gəncə" - MOİK - 1:0, "Qəbələ" - "Simurq" - 4:0, "Turan" - "AZAL" - 1:2, "Muğan" - "İnter" - 1:0, "Qarabağ" - "Neftçi" - 0:1.
Ötən şənbə və bazar günləri qeydə alınmış bu nəticələrdən sonra vahid lider "Neftçi" turnir cədvəlində ən yaxın rəqibi ilə fərqi yenidən 3 xala çatdırmış, AZAL "Xəzər-Lənkəran"la bərabərləşmiş, "İnter" liderlər üçlüyündən bir qədər də geri qalmış, "Qəbələ" çempionatda altıncı qələbə sayəsində "Bakı" ilə "Qarabağ"ı sıxışdırıb yeddinci pillədən beşinci mövqeyə yüksəlmiş, "Muğan" da öz növbəsində "Turan"la yerini dəyişmişdir. Milli çempionatın təsnifat mərhələsinin başa çatmasına isə yeddi tur qalır.
O Q H M T X
1. "Neftçi" 15 10 4 1 30-7 34
2. "Xəzər-Lənkəran" 15 9 4 2 17-7 31
3. AZAL 15 9 4 2 22-8 31
4. "İnter" 15 8 3 4 13-10 27
5. "Qəbələ" 15 6 5 4 13-7 23
6. "Bakı"" 15 6 4 5 22-17 22
7. "Qarabağ" 15 6 3 6 15-12 21
8. " Gəncə" 15 4 7 4 20-20 19
9. "Muğan" 15 3 5 7 7-16 14
10. "Turan" 15 2 5 8 12-23 11
11. "Simurq" 15 1 4 10 9-25 7
12. MOİK 15 1 2 12 5-33 5
Növbəti turun oyunları dekabrın 4-5-də keçiriləcəkdir. Bu turda azarkeşlər MOİK - "Qəbələ", AZAL - "Neftçi", "Turan" - "Xəzər-Lənkəran", "Bakı" - "Simurq", "Gəncə" - Muğan" və "Qarabağ" - "İnter" görüşlərinin şahidi olacaqlar.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında