Sergey KARYAKİN: Azərbaycanlılar öz pərəstişkarları qarşısında ilhamla oynayacaqlar

Son illər tez-tez ölkəmizdə  müxtəlif  yarışların iştirakçısı olmuş  və yenidən Bakıya  səfərə  hazırlaşan  məşhur rusiyalı  qrossmeyster Sergey Karyakin "Sport – Ekspress"  qəzetinin  müxbiri  D.Perlinə müsahibə vermişdir. Suallardan  biri  sentyabrda Bakıda  keçiriləcək  42-ci Ümumdünya Şahmat  Olimpiadası  ilə   bağlıdır.

– Hər Olimpiadadan  əvvəl Rusiya  qızıl  medallara  əsas   namizəd  hesab olunur.  Bizim  komandanın orta reytinqi  yüksəkdir...

– Bu vacib deyil.  Mən  əmin  deyiləm ki, biz indi  hətta kağız  üzərində  birinci olacağıq. ABŞ  komandası  çox  güclü  görünür.  Onun üç qrossmeysteri  dünya  reytinqinin  birinci  onluğuna  daxildir. Hazırkı  çempionlar çinlilər də  çox  güclüdürlər.  İndi kimin orta reytinqinin yüksək  olduğunu  bilmək  üçün onların sifariş siyahısına  baxmaq  lazımdır. İldən-ilə  rəqabət  artır.  Ukrayna  və  Fransa  həmişəki  kimi  güclüdürlər. Sözsüz  ki,  turnir  sahibləri  azərbaycanlılar öz  pərəstişkarları qarşısında ilhamla  oynayacaqlar. Onlar Avropa  birinciliyinin ikiqat  qalibləridir. Hindistanı, Macarıstanı  da  unutmaq  olmaz. İndi  kimi desən "atəş  açmağı"  bacarır. Amma  biz,  əlbəttə  ki,  qarşımıza qızıl medal  qazanmaq  vəzifəsi  qoymuşuq. Çalışacağıq ki,  bunun üçün  hər şeyi edək.

Hazırladı: O.BAYRAMOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında