UEFA: “Qəbələ” günün ən gurultulu sensasiyasına səbəb ola bilərdi

UEFA Avropa Liqası turnirində mübarizəni davam etdirən yeganə təmsilçimiz "Qəbələ" üçüncü təsnifat mərhələsini də adlamaq üçün özünə kifayət qədər zəmin yaratmışdır. Fransanın Lill şəhərinin eyniadlı  klubu ilə bu mərhələnin ilk görüşündə polşalı hakim Daniel Stefanskinin qeydə aldığı heç-heçə (1:1) Azərbaycan klubunun üçüncü mərhələni də keçə biləcəyinə azarkeşlərin ümidini daha da artırmışdır.

 Qəbələ futbolçularının oyunun əvvəlindən yalnız müdafiə olunmaqla kifayətlənməyib, xoşbəxtliyi "Lill"in qapısında axtarmağa başlaması və tezliklə Vitali Vernidubun hesabı açması meydan sahibləri və onların pərəstişkarları üçün nə qədər gözlənilməz olsa da, qonaqların ciddi məqsədlərindən xəbər verirdi. Düzdür, ikinci hissənin lap əvvəlində fransızlar hesabı bərabərləşdirdilər və "Qəbələ" qələbə hesabını sonadək qoruyub saxlaya bilmədi.

Bununla belə, səfərdə Fransa çempionatının sayılıb-seçilən komandalarından biri ilə oyunda heç-heçə Qəbələ futbolçuları üçün çox yaxşı nəticədir. Təsadüfi deyil ki, mütəxəssislər onu sürpriz, tarixi nəticə, qələbəyə bərabər heç-heçə adlandırırlar.

UEFA isə öz saytında həmin axşam keçirilmiş oyunların şərhində "Lill"-"Qəbələ" görüşü haqqında bu sətirləri diqqətə çatdırmışdır: "Qəbələ" günün ən gurultulu sensasiyasına səbəb ola bilərdi. Ancaq "Lill" ilə görüşün ikinci hissəsinin debütündə öz qapısından top buraxdı və Azərbaycana heç-heçə ilə qayıtdı...

Bir sözlə, Avroliqanın üçüncü təsnifat mərhələsinin startında Fransada qeydə alınmış 1:1 hesabı avqustun 4-də Bakıda keçiriləcək cavab görüşü ərəfəsində  Azərbaycanın futbol ictimaiyyətində yaxşı əhval-ruhiyyə yaratmışdır.

Avropa Liqasının üçüncü təsnifat mərhələsinin birinci raundu çərçivəsində  keçirilmiş daha iki oyunun nəticələri bizim azarkeşləri biganə qoya bilməz. İkinci mərhələdə "Neftçi"ni turnirdən kənarlaşdıran Makedoniyanın "Şkendiya" komandası üçüncü mərhələyə "Mlada-Boleslav" (Çexiya) üzərində qələbə ilə başlamış-2:0, həmin mərhələdə "Kəpəz"in rəqibi olmuş "Admira" (Avstriya) isə öz meydanında "Slovan"a (Çexiya) uduzmuşdur-1:2. 

Oqtay BAYRAMOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında