"Məktəbli kuboku"nu 163 saylı məktəb qazanıb

Bu gün futbolun kütləviliyinin artırılması məqsədilə AFFA, Təhsil Nazirliyi, Azercell və Səbail Rayon İcra Hakimiyyəti tərəfindən birgə təşkil olunan və bu il fevralın 13-dən start götürən 4-cü sinif şagirdləri arasında "Məktəbli kuboku"nun final oyunu keçirilib. Həlledici oyunda 163 və 236 saylı məktəbin komandaları qarşılaşıb. 5:3 hesabı ilə qələbə qazanan 163 saylı məktəbin komandası "Məktəbli kuboku"nun qalibi olub.
Üçüncü yer uğrunda keçiriləcək oyunda isə 49 və 189 saylı məktəbin komandaları üz-üzə gəlib və 49 saylı məktəbin komandası 6:0 hesabı ilə qələbə qazanıb. Berti Foqts, Milli komandanın baş məşqçisi: "Uşaq futbolunun inkişafı naminə keçirilən belə tədbirləri alqışlayıram. Çünki futbolun inkişafı üçün məktəblilər arasında müxtəlif yarışların keçirilməsi vacibdir. Bütün təşkilatçılara, o cümlədən AFFA-ya buna görə dərin minnətdarlığımı bildirirəm". Fuad Muradov, Milli Məclisin deputatı: "163 saylı məktəbin komandasını qələbə qazanması münasibəti ilə təbrik edirəm. Turnirin təşkilatçılarına AFFA-ya, yarışın keçirilməsini dəstəkləyən Səbail Rayon İcra Hakimiyyətinə təşəkkürümü bildirirəm. 3 aya yaxındır bu turnir keçirilir. Əsas məqsəd gənclərdə idmana sevgini aşılamaqdır. Eyni zamanda, onlar gələcəkdə həm də bu idman oyununa azarkeşlik edəcəklər. Tədbirin keçirilməsi müsbət haldır. Şənbə günü olmasına baxmayaraq, insanlar, eləcə də millət vəkilləri burada iştirak edirlər. Bu da idmana, ümumiyyətlə, Azərbaycanda gedən inkişafa bir töhfədir".
AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev tədbirlə bağlı fikirlərini açıqlayaraq dedi: "Məktəbli uşaqlar arasında bu cür turnirlərin keçirilməsi təqdirəlayiq haldır. "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq futbolun təbliğinin artırılması məqsədi ilə bu tipli yarışlar mütəmadi keçiriləcək. İlk olaraq layihə Səbail rayonunu əhatə etdi. Bu cür yarışların ölkənin bütün rayonlarında və yekunda respublika üzrə keçirilməsinə çalışacağıq. Bu addım respublikada futbolun kütləviləşməsinə nail olmaqla uşaqlarda futbola marağı artıracaq".

{nl}

İlqar RÜSTƏMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında