Qrossmeysterin sevinci

Azərbaycanlı qrossmeyster Eltac Səfərli İsveçrənin Bil şəhərində keçirilən beynəlxalq festival çərçivəsində sürətli şahmatın rapid növü üzrə turnirin baş mükafatını qazanmışdır.

Rusiyanın e3e5 saytının festival barədə yaydığı xəbərə görə turnirdə bir çox ölkəni təmsil edən 147 iştirakçı, o cümlədən 31 qrossmeyster çıxış etmişdir.

Rəqiblərdən ikisi, Səfərli və Qazaxıstan nümayəndəsi Rinat Cumabayev 9 mümkün xaldan hərəyə 7,5 xal toplayaraq finişə eyni nəticə ilə çatmışlar. Əlavə göstəricilərə görə turnirin qalibi adını Azərbaycan şahmatçısı qazanmışdır. Üçüncü yeri 7 xalla keçmiş dünya çempionu, rusiyalı Aleksandra Kostenyuk ­tutmuşdur.

İndi Eltacı qarşıda çox məsul yarış gözləyir. Qrossmeysterimiz Azərbaycan milli komandasındakı yoldaşları Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç və Rauf Məmmədovla birlikdə sentyabrın 1-də Bakıda başlanacaq 42-ci Ümumdünya Şahmat Olimpiadasında ölkəmizə medal qazandırmağa çalışacaq.

Oqtay BAYRAMOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında