Azərbaycan gimnastı mükafatçılar sırasında

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku yarışına yekun  vurulmuşdur. Üç gün davam edən turnirin mükafatçıları sırasında Azərbaycan komandasının lideri Marina Durunda da vardır.

Gimnastımız iki hərəkətdə-lent və topla təmrinlərin icrasında final yarışlarına vəsiqə qazanmış, burada lentlə çıxışlarına görə bürünc medala layiq görülmüş, topla hərəkətlərdə isə yeddinci nəticə göstərmişdir.

Azərbaycan paytaxtında bədii gimnastika ustalarının Dünya kuboku yarışını həm də avqustun 5-də başlanacaq Rio-de-Janeyro Olimpiadası ərəfəsində baş məşq hesab etmək olardı. Bakı turniri Braziliyaya səfər ərəfəsində M.Durundaya öz hazırlıq səviyyəsini bir daha yoxlamaq imkanı vermişdir. İndi gimnastımız XXXI Yay Olimpiya Oyunlarında da ölkəmizi layiqincə təmsil etmək üçün qalan vaxt ərzində ustalığını daha da artırmağa çalışacaq.

Rio-2016-da bədii gimnastika yarışları avqustun 19-21-də keçiriləcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında