"Qəbələ" üçüncü mərhələyə Fransada başlayacaq

UEFA Avropa Liqası turnirinin ikinci təsnifat mərhələsində Azərbaycanın üç klubundan təkcə "Qəbələ" məqsədinə çatdı. Macarıstan təmsilçisi MTK-nı səfərdə 2:1 hesabı ilə məğlubiyyətə uğradan Qəbələ futbolçuları evdə cavab görüşündə daha inamlı qələbəyə nail oldular--2:0.

Oyunun, onunla da birlikdə üçüncü təsnifat mərhələsinə vəsiqənin taleyi artıq birinci hissədə həll olundu. Fasiləyədək Sergey Zenyov və Teo Uiksin vurduqları iki top hadisələrin sonrakı gedişinin göstərdiyi kimi, "Qəbələ"ni üçüncü raunda aparan yolda həlledici oldu.

Başlıcası isə, "Qəbələ"nin istər səfərdə, istərsə də evdə nümayiş etdirdiyi fəal və məhsuldar oyun komandanın Avroliqa turnirini yaxşı hazırlıqla qarşıladığını təsdiq edir.

Püşk nəticəsində üçüncü mərhələdə Azərbaycan klubunun bəxtinə daha güclü rəqib düşmüşdür. Bu mərhələdə "Qəbələ" Fransanın "Lill" komandası ilə ilk oyunu iyulun 28-də fransızların meydanında keçirəcək.  Cavab matçı isə bir həftədən sonra "Bakcell Arena"da oynanılacaq.

Təəssüf ki, "Neftçi" ikinci mərhələdən uzağa gedə bilmədi. Bakıda Makedoniyanın "Şkendiya"  klubu ilə oyunda qolsuz heç-heçə ilə kifayətlənən paytaxt futbolçuları Skopyedə 0:1 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırdılar.

Oqtay  BAYRAMOV,
"Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında