Dekabrda, Varşavada...

Tezliklə, dekabrın ikinci ongünlüyündə Polşa paytaxtında şahmatın blits və rapid növləri üzrə Avropa çempionatı keçiriləcəkdir. Çempionatın rəsmi saytında verilmiş siyahılarda göstərildiyi kimi, hələlik blits turnirində 175, rapiddə isə 322 rəqib iştirakını təsdiqləmişdir. Onların 60 nəfərdən çoxu qrossmeysterdir.
Avropa çempionatının medalları uğrunda ukraynalılar Vasili İvançuk, Ruslan Ponomaryov, ispaniyalı Aleksey Şirov, Baadur Cobava (Gürcüstan), Maksim Vaşye-Laqrav (Fransa), Yudit Polqar (Macarıstan) və digər məşhur şahmatçılarla yanaşı, azərbaycanlı qrossmeyster Vüqar Həşimov da mübarizə aparacaq. Siyahılarda daha iki təmsilçimizin Sərxan Həşimov və Zaur Ocaqverdiyevin də adları vardır.
Birinci olaraq dekabrın 17-də blits turnirinin iştirakçıları qalib və mükafatçıları müəyyənləşdirəcəklər. Rapiddə isə ən güclülər dekabrın 18-19-da keçiriləcək görüşlərdən sonra məlum olacaq.{nl}

O.BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında