Rio-2016-ya daha iki lisenziya

Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin yaydığı xəbərə görə, ölkəmizin daha iki idmançısı Rio-de-Janeyro Olimpiadası-2016-ya lisenziya qazanmışdır. Bunlar üzgüçülər Fatimə Alkərəmova və Boris Kirilovdur.

Olimpiada hovuzunda Alkərəmova sərbəst üsulla 100 metr məsafəyə startlarda mübarizə aparacaq, Kirilov isə arxası üstə 200 metr məsafəyə yarışda bacarığını göstərəcək.

Üzgüçülərimizin bu iki lisenziyasından sonra Braziliyaya səfərə çıxacaq Azərbaycan idmançılarının vəsiqələrinin sayı 57-yə çatmışdır. Rio-de-Janeyronun məşhur "Marakana" stadionunda XXXI Yay Olimpiya Oyunlarının (5-21 avqust) açılış mərasiminə isə cəmi 21 gün qalır.

Oqtay BAYRAMOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında