Portuqaliya sözünün üstündə durdu

Avropa çempionatının gedişində Portuqaliya komandasının növbəti uğurundan sonra UEFA-nın saytında belə bir xəbər yayılmışdı ki, Portuqaliya futbolçularının baş məşqçisi Fernandu Santuş səfər ərəfəsində yaxınları ilə görüşüb vidalaşarkən Fransaya bir aylığa getdiklərini bildirmişdi. Həqiqətən, finalda oynamaq arzusunda olan məşqçi nə dediyini yaxşı bilirmiş.

Üstəlik də, Portuqaliya komandası iyunun 10-da starta çıxan Avropa çempionatının finişində, yarış üçün ayrılmış bir aylıq müddətin tamamında, 10 iyul axşamında göylərə yüksəlib bütün ölkəyə hədsiz sevinc yaşatdı. Sen-Deni şəhərinin "Stad-de-Frans" stadionunun tamaşaçı ilə ağzına qədər dolu tribunaları qarşısında final görüşündə Fransa millisi üzərində qələbə (1:0) Portuqaliyaya ilk dəfə Avropa çempionu adı qazandırdı. 

Hətta Kriştianu Ronaldunun hələ birinci hissənin birinci yarısında zədələnib meydanı xərəkdə göz yaşları içində tərk etməsi də onun oyundaşalrına zirvəni fəth etməkdə mane ola bilmədi. Əsas vaxtda hesabın açılamadığı finalın qəhrəmanı isə Eder oldu. Oyunun və qızıl medalların taleyini həll edən yeganə qolla bütün Portuqaliyanı 109-cu dəqiqədə məhz bu futbolçu hədsiz sevinclə ayağa qaldırdı.

Beləliklə, 2004-ci ildə öz ölkəsində keçirilmiş qitə çempionatının gümüş mükafatçısı Portuqaliya millisi həmin müvəffəqiyyətdən on iki il sonra çempion olmağı da bacardı.

Avropa çempionatının ən məhsuldar oyunçusu Antuan Qrizmann (6 qol) və onun Fransa yığmasındakı komanda yoldaşları isə gümüş medallarla kifayətləndilər.

Avropa çempionu Vətənə qayıtdıqdan sonra Portuqaliya Prezidenti Marselu Rebelu di Soza ölkə yığma komandasının oyunçularını xidmətlərinə görə ordenlə təltif etmişdir. Mərasim zamanı Prezident demişdir: Siz Avropada ən yaxşılarsınız. Siz mərdlik, qətiyyət və təmkin nümayiş etdirdiniz. Siz bütün millətə nümunə göstərdiniz.

Oqtay BAYRAMOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında