Fransa, yoxsa Portuqaliya?

Düz bir ay əvvəl Fransada başlanmış futbol üzrə Avropa çempionatının ən yaxşı komandası kim olacaq-Antuan Qrizmann kimi vuran ayağı olan Fransa, yoxsa dünya şöhrətli Kriştianu Ronaldulu Portuqaliya?

Azarkeşlər bütün Avropanı çox maraqlandıran bu suala artıq bu axşam cavab alacaqlar. Sen-Deni şəhərindəki "Stad-de-Frans" stadionunda oynanılacaq final görüşünü ingiltərəli hakim Mark Klattenburq idarə edəcək. Oyun Bakı vaxtı ilə saat 23-də başlanacaq.

Bu görüşədək çempionatın ən sərrast futbolçularının siyahısına hesabında 6 qol olan Qrizmann başçılıq edir. Onun komanda yoldaşları Jiru, Paye 3 top vurmuşlar. Ronaldu və digər portuqaliyalı Nani də 3 qolun müəllifidirlər.

Bəs finalda kim fərqlənəcək?

İsrailli hakimlər briqadası

 

Azərbaycan çempionu Ağdamın "Qarabağ" komandasının UEFA Çempionlar Liqası turnirinin ikinci təsnifat mərhələsində Lüksemburqun "Düdelanj" klubu ilə ilk oyununu israilli hakimlər briqadası idarə edəcək.

Baş hakim funksiyasını 35 yaşlı Orel Qrinfild yerinə yetirəcək. Onun işarəsi ilə Tofiq Bəhramov adına Respublika Stadionunda topa ilk zərbə iyulun 12-də saat 21-də endiriləcək.

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında