Avroliqa sınaqları

 

UEFA Avropa Liqası yarışlarının ikinci təsnifat mərhələsində Azərbaycan klublarının oyun günlərinin tarixi dəqiqləşdirilmişdir.

Təmsilçilərimizdən birinci olaraq bu mərhələdə çıxışlarını "Kəpəz" başa vuracaq. Gəncə futbolçuları "Admira" ilə ilk oyunu iyulun 14-də Avstriyada keçirəcək, iyulun 20-də isə rəqiblərini "Dalğa Arena"da qəbul edəcəklər.

"Qəbələ" də MTK ilə əvvəlcə Macarıstanda "münasibətləri aydınlaşdıracaq", bir həftə sonra isə onu Bakıda sınağa çəkəcək--14-21 iyulda.

Elə həmin günlərdə "Neftçi" Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşacaq. İlk görüş "Bakcell Arena"da, cavab matçı səfərdə oynanılacaq.

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında