Qazaxıstanlı velosipedçi: Azərbaycan məni valeh etdi

Qazaxıstanlı peşəkar velosipedçi, "Astana Pro Team" komandası heyətində şosedə yürüş üzrə Dünya turunda çıxış edən və özünün ilk Olimpiya oyunlarına hazırlaşan Bəxtiyar Kojatayev velolive saytına geniş müsahibəsində "Siz dünyanı çox gəzib-dolaşırsınız, hansı  ölkələr daha çox xoşunuza gəlib” sualına cavabında Azərbaycandan aldığı təəssürat haqqında ölkəmizə böyük rəğbətlə söz açmışdır.

–Azərbaycan daha çox xoşuma gəldi. Bakı haqqında məndə eyforiya qalıb. Gözəl ölkələr çoxdur, məsələn, İtaliya. Amma Azərbaycan məni valeh etdi. Bakı çox xoşuma gəldi-köhnə şəhər də, yeni şəhər də. Burada özünü həm 19-cu, həm də 21-ci əsrdə hiss edirsən. Şəhərdən kənarda yarışa gedəndə təbiətin çox gözəl olduğunu gördüm. Azərbaycan müəyyən dərəcədə Qazaxıstana bənzəyir. Bəlkə də elə buna görə mənə belə xoş təsir bağışlayıb.

Hazırladı: O.BAYRAMOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında