Kramnik, Karyakin, Qrişuk...

Ötən hər gün bizi sentyabrın birinci yarısında Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasına yaxınlaşdırır. Paytaxtımızda bütün şahmat elitasının qəbuluna hazırlıq işlərinin müvəffəqiyyətlə aparıldığı bir vaxtda ayrı-ayrı milli federasiyalar öz komandalarının heyətlərini elan edirlər.

Budur, Rusiya komandalarının Azərbaycana səfərə çıxacaq heyətləri artıq məlumdur. Bu ölkənin Şahmat Federasiyasınn icraçı direktoru Mark Qluxovski "R-Sport" agentliyinə müsahibəsində bildirmişdir ki, Bakıda Ümumdünya Şahmat Olimpiadasında iştirak etmək üçün Rusiyanın kişilərdən ibarət komandasının heyətinə Vladimir Kramnik, Sergey Karyakin, Aleksandr Qrişuk, Yevgeni Tomaşevski və Yan Nepomnyaşi daxil edilmişlər.

Əlavə edək ki, Kramnik keçmiş dünya çempionudur və FİDE-nin iyulun 1-nə olan reytinq cədvəlində norveçli dünya çempionu Maqnus Karlsendən sonra ikinci mövqedədir, həmin siyahıda doqquzuncu pillədə irəliləyən Karyakin isə qarşıdakı payızda ABŞ-da dünya tacı uğrunda matçda Karlsenin rəqibi olacaq. Elə Qrişuk, Tomaşevski və Nepomnyaşi də qədim və müdrik oyunun mahir ustalarıdır.

Onu da xatırlatmaq olar ki, Rusiya komandası 2014-cü ildə Tromsödə (Norveç) keçirilmiş 41-ci Olimpiadada yalnız dördüncü yerlə kifayətlənmişdi.

Rusiyanın qadınlardan ibarət komandası isə Bakıda Olimpiadanın medalları uğrunda Aleksandra Kostenyuk, Yekaterina Laqno, Valentina Qunina,  Aleksandra Qoryaçkina və Natalya Poqoninadan ibarət heyətlə mübarizə aparacaq.

Oqtay BAYRAMOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında