“Stad-de-Frans” finalçıları gözləyir

Fransada keçirilən futbol üzrə Avropa çempionatında qızıl medallara cəmi dörd iddiaçı qalır. Portuqaliya və Uels  millilərindən sonra Almaniya və Fransa yığmaları da dörddəbir finalda müvafiq surətdə İtaliya və İslandiya səddini uğurla dəf edərək yarımfinala çıxmışlar.

Finalın astanasında azarkeşlər Portuqaliya--Uels və Almaniya – Fransa görüşlərini izləyəcəklər. Birinci oyun iyulun 6-da Lionda, ikinci matç isə bundan bir gün sonra Marseldə keçiriləcək.

Yarımfinalların qalibləri iyulun 10-da Sen-Deni şəhərinin "Stad-de-Frans" stadionunda çempionluğun taleyinin həll olunacağı final görüşündə qarşılaşacaqlar.

Çempionatda ən çox top vuran futbolçuların siyahısına Antuan Qrizmann başçılıq edir. Fransalı hücümçunun hesabında 4 qol vardır.

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında