Avropa Liqasından dünya Qran-prisinə

Azərbaycanın qadınlardan ibarət milli voleybol komandası Avropa Liqası yarışlarında çıxışlarını şərəflə başa vurdu. Faiq Qarayevin yetirmələri Liqanın qalibi adı uğrunda mübarizədə əsl zəfər yürüşü nümunəsi göstərdilər. On görüşdə 10 qələbə böyük müvəffəqiyyətdir.

Polina Rəhimova, Odina Bayramova və onların rəfiqələri zirvəyə aparan yolda finişə bütün rəqiblərindən irəlidə çatmaq iddialarını bacarıqla sübuta yetirdilər. Turnirin qrup mərhələsində əvvəlcə Çernoqoriyada, sonra isə Fransada bu ölkələrin yığmaları, eləcə də İspaniya komandası üzərində üst-üstə altı qələbə, yarımfinalda Yunanıstanla hər iki görüşdə müvəffəqiyyət, finalda isə Slovakiya ilə matçlarda səfərdə 3:1, Bakı İdman Sarayında 3:0 hesabı Azərbaycan millisinin Avroliqanın layiqli qalibi olduğunu inamla təsdiq edir.

Komandamıza 2017-ci ildə keçiriləcək dünya Qran-pri turnirinə vəsiqə qazandıran bu müvəffəqiyyət bir də ona görə ikiqat qiymətlidir ki, qarşıda onu digər mühüm yarışlar da gözləyir. Gələn il voleybolçularımız doğma şəhərdə IV İslam Həmrəylik Oyunlarında, habelə Azərbaycanın Gürcüstanla birgə təşkil edəcəyi Avropa çempionatının final mərhələsində yarışacaqlar. Şübhəsiz indi, Avropa Liqasında keçilmiş yol komandanı yeni uğurlara ruhlandıracaq.

Oqtay BAYRAMOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında