UEFA: Azərbaycan öz klublarından razı qala bilər

Azərbaycan komandalarının Avropa Liqası turnirinin birinci təsnifat mərhələsinin ikinci oyun günü qazandıqları qələbələr UEFA-nın  diqqətindən kənarda qalmayıb. Qitəmizin ali futbol təşkilatının saytı həmin gün keçirilmiş görüşlərin icmalında Bakının “Neftçi” komandasının və Qəbələnin eyniadlı klubunun uğurları üzərində xüsusi dayanmışdır.

Sayt qeyd etmişdir ki, Azərbaycan öz klublarından razı qala bilər. “Qəbələ” və “Neftçi” inamlı qələbələr qazanaraq növbəti mərhələyə
doğru böyük addım atmışlar. “Qəbələ”nin oyunçusu Teo Uiks “Samtredia”nı məyus edərək indiki yarışlarda ilk “het-trik”in müəllifi olmuşdur...

Həqiqətən, “Qəbələ” və “Neftçi” Avroliqanın ikinci təsnifat mərhələsində mübarizəni davam etdirmək üçün özlərinə yaxşı zəmin yaratmışlar. Qəbələ futbolçularının evdə Gürcüstan təmsilçisi üzərində gurultulu qələbəsi (5:1), “Neftçi”nin isə Maltada yerli “Baltsan” ilə görüşdə iki cavabsız qolla müvəffəqiyyəti (2:0) cavab matçları ərəfəsində hər iki komandamızın qarşısında yaxşı perspektiv açmışdır.

Elə bir gün əvvəl “Dalğa Arena”da “Daçiya” (Moldova) ilə oyundan qolsuz heç-heçə ilə ayrılmış “Kəpəz”in də Kişiniova səfərdən sonra iki görüşün ümumi yekununda mərhələ adlamaq məqsədinə çatacağına inamımız böyükdür.

Azərbaycanın hər üç klubunun cavab görüşlərini iyulun 7-də keçirəcəyini də xatırladaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında