İlk yarımfinalçı - Portuqaliya

Fransada finişə yaxınlaşmaqda olan futbol üzrə Avropa çempionatında yarımfinala ilk vəsiqəni Portuqaliya komandası qazanmışdır. Kriştianu Ronaldu və oyundaşları Marselin “Velodrom” stadionunda keçirilən dörddəbir final görüşündə Polşa komandasına qalib gəlmişlər.

Oyunun əsas və əlavə vaxtlarından sonra hesab 1:1 olmuş, on bir metrlik zərbələr seriyasını isə portuqaliyalılar daha dəqiq  yerinə yetirmişlər (5:3).

Daha bir dörddəbir final görüşü dünən Uels və Belçika komandaları arasında keçirilmişdir.

Bu mərhələnin digər iki matçı bu gün (Almaniya-İtaliya) və sabah (Fransa-İslandiya) oynanılacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında