Argentina ayağa qalxdı – “Getmə, Leo”

Lionel Messi qərarından dönəcəkmi?

Argentina millisinin və İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messinin Amerika Kubokunun finalında Çiliyə uduzduqdan sonra millidən ayrılması ölkədə böyük səs-küy yaradıb. Artıq paytaxt Buenos-Ayres küçələrində elektron reklam monitorlarına "no te vayas Lio" ("getmə, Leo") yazırları yerləşdirilib. Bu barədə "Futbolhd.ru" saytı məlumat yayıb.

Aksiya şəhər merinin tapşırığı ilə həyata keçirilir. Bildirilir ki, iki gün öncə Argentinanın paytaxtı Buenos-Ayresdə Argentina millisi ilə vidalaşan Lionel Messi üçün heykəl ucaldılıb. Heykəlin açılışı zamanı şəhər meri Orasio Rodriges Larreta qərarını dəyişməsi üçün Messiyə müraciət edib. "Bir futbol azarkeşi kimi səndən xahiş edirəm, Leo, qərarını dəyiş. Sənə olan sevgimiz və dəstəyimizin əlaməti olaraq Paseo de la - Qloriyada sənə heykəl ucaldırıq", – deyə mer bildirib.

Yeri gəlmişkən, qeyd edək ki, Argentina və Çili millilərinin üz-üzə gəldikləri final oyununun əsas və əlavə edilmiş vaxtlarında hesab açılmayıb. Kubokun sahibini müəyyən etmək üçün təyin edilən penaltilər seriyasında gülən tərəf çilililər olub. Penaltiləri daha dəqiq yerinə yetirən Çili yığması 4:2 hesabı ilə qalib gələrək ardıcıl ikinci dəfə Amerika Kubokunun qalibi olub. Argentina yığmasının lideri penalti zərbəsindən yararlana bilməyib.

"Mənim üçün Argentina yığmasında hər şey bitdi. Bu mənim qərarımdır", - deyə 29 yaşlı hücumçu bildirib. Finalda məğlubiyyətdən pərişan olan futbolçu milli karyerasına son verdiyini qeyd edərək, bundan sonra yalnız lideri olduğu "Barselona"nın uğurları üçün çalışacağını bildirib.

"France-Presse" agentliyinin məlumatında isə qeyd edilir ki, Argentina Prezidenti Maurisio Makri də ölkə yığmasının hücumçusu Lionel Messiyə şəxsən zəng edərək milli komandanı tərk etməməsini xahiş edib.

"Prezident Messiyə zəng edib, yığmasının oyunu zamanı duyduğu qürur hissindən danışıb və ondan tənqidlərə məhəl qoymamağı xahiş edib", - deyə dövlət başçısının nümayəndəsi agentliyə bildirib.

Elçin ABBASOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında