Rioda Olimpiada ərəfəsində Dortmundda Qran-pri

Yenicə  starta  çıxan  iyul  ayı  Braziliyanın  qızmar  səması  altında  keçiriləcək  XXXI Yay  Olimpiya Oyunları  ərəfəsində  sonuncu  və Olimpiadaya  hazırlıq, qüvvələrə  baxış, imkanların  qəti  şəkildə  öyrənilməsi  istiqamətində  həlledici  aydır.

Rio-de-Janeyronun  nəhəng  “Marakana” stadionunda  təntənəli  açılış mərasiminə vur-tut otuz beş gün  vaxtın  qaldığı növbəti Olimpiya oyunlarını medalların  tələb etdiyi səviyyədə, tam hazırlıqla  qarşılamaq,  təbii ki,  son dərəcə  kəskin  rəqabətdə başlıca  amil olacaq.

İyulun 2-3-də  Almaniyanın Dortmund  şəhərində  keçiriləcək güləş üzrə  beynəlxalq Qran-pri turnirini Rioya  aparan yolda  çox  ciddi  sınaq  hesab  etmək  olar. Dünyanın  bir çox ölkəsinin  mahir güləş  ustaları üçün Olimpiada  ərəfəsində  baş  məşq  kimi  qiymətləndirilən  qarşıdakı  turnirin  azərbaycanlı  iştirakçıları da,  şübhəsiz,  bu  görüşlərdən  mümkün  qədər çox  fayda  götürməyə  çalışacaqlar.

Sərbəst  güləş  üzrə  milli  komandamız  baş  məşqçi Saypulla Absaidov  və böyük  məşqçi  Firdovsi  Umudovun  rəhbərliyi ilə Dortmund  turnirində  səkkiz  nəfərlə  təmsil olunacaq. Olimpiya  çempionları  Toğrul Əsgərov (65 kq), Şərif Şərifov (86 kq), olimpiadaların ikiqat  bürünc  mükafatçısı Xetaq  Qazyumov (97 kq),  dünya  və  Avropa  çempionu Hacı Əliyev (61 kq)  və onların  komanda yoldaşları özləri kimi adlı-sanlı  rəqiblərlə  gərgin  mübarizədə  ustalıq  səviyyələrini  yoxlamaq üçün yaxşı  imkan  qazanmışlar.

Yunan-Roma güləşçilərimiz  isə Dortmundda  yalnız  bir nəfərlə  çıxış etməyi  qərara  almışlar. Güləşin  bu növündə  Qran-pri  uğrunda  Azərbaycandan  təkcə  Rafiq  Hüseynov (75 kq)  mübarizə aparacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında