Cüdoçuların Olimpiya rekordu

Avqustda Braziliyanın Rio-de-Janeyro  şəhərində  keçiriləcək XXXI Yay Olimpiya  Oyunlarının cüdo  yarışlarının medalları  uğrunda 389 tatami  ustası  mübarizə  aparacaq. Onlar 136 ölkəni təmsil  edəcəklər.

Rusiya Cüdo Federasiyasının  bu barədə yaydığı  xəbərdə  həmçinin  bildirilir ki, London Olimpiadası – 2012-də starta 387 cüdoçu  çıxmışdı. Deməli,  Rio – 2016-da  bu göstərici  rekord  həddə  çatacaq.

Həmin  xəbərə əlavə  olaraq  xatırladaq ki, Azərbaycan  cüdoçuları  Braziliya  sınaqlarına altı  nəfərlə  gedəcəklər. Əgər Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq) və Uşanqi Kokaurinin (100 kq-dan yuxarı)  Pelenin  Vətəninə  səfərə  çıxacaqları  dəqiq  məlumdursa, qalan iki olimpiyaçımızı yığma komandanın  məşqçiləri  müəyyənləşdirəcəklər. Onlar 60 kq  çəki  dərəcəsində Orxan Səfərov və ya İlqar Müşkiyevə, 100 kq çəkidə  isə Elmar  Qasımov,  yaxud Elxan Məmmədova  üstünlük  verməlidirlər.

Oqtay BAYRAMOV,
“Xalq  qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında