Boksçular Rio-de Janeyroya tam heyətlə gedəcək

Bir həftə ərzində “Sərhədçi” İdman-Olimpiya Mərkəzində keçirilən boks üzrə dünya Olimpiya təsnifat turniri Azərbaycanın rinq ustaları pərəstişkarlarının arzuladıqları kimi başa çatdı. Yarışda mübarizəyə qoşulan hər üç təmsilçimiz qarşıda duran vəzifəni müvəffəqiyyətlə yerinə yetirdi.

Bakı turnirində Teymur Məmmədov (81 kq), Rüfət Hüseynov (49 kq) və Kamran Şahsuvarlının (75 kq) uğurlarından sonra boksçularımızın Olimpiya vəsiqələrinin sayı 10-a çatmışdır. Bu isə o deməkdir ki, Azərbaycan milli komandası Rio-de-Janeyro rinqində medallar uğrunda tam heyətlə döyüşəcək.

Avqustun 5-dən 21-dək keçiriləcək XXXI Yay Olimpiya Oyunlarının boks yarışlarında ölkəmiz Məmmədov, Hüseynov və Şahsuvarlı ilə yanaşı Albert Səlimov (60 kq), Elvin Məmişzadə (52 kq), Cavid Çələbiyev (56 kq), Lorenso Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidovdan (91 kq-dan yuxarı) ibarət komanda ilə mübarizə aparacaq.

Daha bir boksçumuz Yana Alekseyevna (60 kq) isə qadınların turnirində çıxış edəcək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında