Səkkizdəbir final sınaqları

Fransa stadionlarında futbol üzrə Avropa çempionatında qrup mərhələsi sınaqlarından şərəflə çıxmış 16  xoşbəxt komanda qısa istirahətdən sonra səkkizdəbir finalda medallar uğrunda mübarizəni davam etdirməyə başlayır.

Pley-off mərhələsinə bu gün start veriləcək. Dörddəbir finalın ilk iştirakçıları İsveçrə – Polşa, Uels – Şimali İrlandiya və Xorvatiya – Portuqaliya görüşlərində müəyyənləşəcək. UEFA birinci oyunda hakimliyi ingiltərəli Mark Klattenburqa, ikinci görüşdə onun həmvətəni Martin Atkinsona həvalə etmiş, Xorvatiya – Portuqaliya qarşılaşmasını isə ispaniyalı Karlos Velasko Karbalyo idarə edəcəkdir.

Sabah çempionatda  Fransa – İrlandiya, Almaniya – Slovakiya və Macarıstan – Belçika matçları oynanılacaq.

Səkkizdəbir finala iyunun 27-də İtaliya – İspaniya və İngiltərə – İslandiya görüşləri ilə yekun vurulacaq.

İlkin mərhələdən sonra Avropa çempionatının ən məhsuldar oyunçularının siyahısına iki futbolçu başçılıq edir. Bunlar hərəyə üç top vuran uelsli Qaret Beyl və ispan Alvaro Moratadır. Yeddi oyunçunun hesabında 2 qol vardır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında