Avropa çempionatında beş medal

Azərbaycanın yunan-Roma güləşçiləri Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclər arasında Avropa çempionatında onlara bəslənilən ümidləri doğrultmuşlar.

Xəbər verdiyimiz kimi, yarışın birinci günü iki güləşçimiz fərqlənmişdir. Mikayıl Rəhmanov (60 kq) qızıl, Azər Nəsibli (50 kq) gümüş medal qazanmışlar.

Ertəsi gün isə daha üç güləşçimiz fəxri kürsüyə yüksəlmişdir. Xüsusilə fərəhlidir ki, onlardan ikisi Avropa birinciliyinin qalibi olmuşdur. Nofəl Babayev (55 kq) və İslam Abbasov (84 kq) qızıl mükafatlara sevinmişlər. Sənan Süleymanov (66 kq) bürünc medal qazanmışdır.

Nəticədə yığmamız Avropa çempionatını 5 mükafat-3 qızıl, 1 gümüş və 1  bürünc medalla başa vurmuşdur. Bu uğurlar sayəsində Azərbaycan kollektivi (48 xal) komanda hesabında Gürcüstan (62) və Rusiyadan (50) sonra üçüncü yeri tutmuşdur.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında