Olimpiada rinqinə daha iki lisenziya

Azərbaycan boksçuları Rio-de-Janeyro Olimpiadasına daha iki lisenziya qazanmışlar. “Sərhədçi” İdman-Olimpiya Mərkəzində keçirilən dünya Olimpiya təsnifat turnirində onlara Teymur Məmmədov (81 kq) və Rüfət Hüseynov (49 kq) sahib olmuşlar.

Məmmədov XXXI Yay Olimpiya Oyunlarının iştirakçısı olmaq hüququnu yarımfinala çıxmaqla qazanmışdır. Hüseynov isə qarşısında duran məqsədə nail olmaq üçün dünən yarımfinal görüşündə meksikalı Jozelito Velaskesə qalib gəlib finala yüksəlməli idi. Məhz belə də olmuş, boksçumuz Rio-2016-ya vəsiqəni özünə təmin etmişdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında