"Araz" ,"Montesilvano", yoxsa "VİZ-Sinara"?

Azərbaycan, İtaliya və Rusiyanın bu üç futzal klubundan biri bu axşam çox fərəhli anlar yaşayacaq. Yekaterinburqda keçirilən UEFA kuboku yarışlarının elit mərhələsinin son turu ərəfəsində onların hər biri "Dördlər finalı"nda oynamaq hüququ verən yeganə vəsiqəyə sahib olmaq imkanını özündə saxlayır.
Bu "Yekaterinburq" idman sarayında ikinci turun görüşlərindən sonra məlum olmuşdur. Startda qələbə qazanan Azərbaycan çempionu "Araz" və İtaliyanın ən yaxşı komandası "Montesilvano" öz aralarındakı oyuna qrupun liderləri kimi gəlmişdilər və onlar bir-birinin müqavimətini qıra bilməyərək heç-heçəyə "razılaşmışlar" - 2:2. Həmin gün keçirilən digər görüşdə isə "VİZ-Sinara" (Rusiya) Kiprin "AQBU-Ararat" klubuna "divan tutmuşdur" - 12:1.
İki turdan sonra turnir cədvəlinə hərəyə 4 xalla Azərbaycan və İtaliya klubları başçılıq edirlər. Üçüncü yeri tutan rusiyalı futzalçıların 3 xalı vardır. Hər iki oyunda uduzan "AQBU-Ararat" isə artıq heç nəyə ümid edə bilməz.
Bu gün keçiriləcək son turda "Araz"ı "VİZ-Sinara" ilə çətin görüş gözləyir. İndi hər şey bu oyunun, eləcə də "Montesilvano"nun kiprlilərlə görüşünün nəticələrindən asılıdır.

{nl}

O.BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında