Səkkizdəbir finalçıların sıraları genişlənir

UEFA Çempionlar Liqası turnirinin qrup mərhələsinin sonuncudan əvvəlki, 5-ci turunun ilk səkkiz oyunundan sonra pley-off görüşlərində Avropa klub futbolunun ən nüfuzlu yarışında fəxri mükafat uğrunda mübarizəni davam etdirəcək xoşbəxt komandaların sıraları bir qədər də genişlənmişdir.
"E" qrupu. "Roma" (İtaliya) - "Bavariya" (Almaniya) - 3:2, "Bazel" (İsveçrə) - "Kluj" (Rumıniya) - 1:0. "Bavariya" (12 xal) hələ bu tur ərəfəsində səkkizdəbir finala vəsiqəni özünə təmin etmişdi. İkinci yeri tutan "Roma"nın 9 xalı vardır.
"F" qrupu. "Spartak" (Rusiya) - "Marsel" (Fransa) - 0:3, "Çelsi" (İngiltərə) - "Jilina" (Slovakiya) - 2:1. "Çelsi" (15 xal) kimi "Marsel" (9) də yoluna davam edəcək.
"G" qrupu. "Ayaks" (Hollandiya) - "Real" (İspaniya) - 0:4, "Oser" (Fransa) - "Milan" (İtaliya) - 0:2. "Real"dan (13 xal) sonra "Milan" (8) da son turun nəticələrindən asılı olmayaraq pley-off mərhələsinə hazırlaşa bilər.
"H" qrupu. "Braqa" (Portuqaliya) - "Arsenal" (İngiltərə) - 2:0, "Partizan" (Serbiya) - "Şaxtyor" (Ukrayna) - 0:3. Qrupun lideri 12 xala malik Donetsk klubudur. İkinci-üçüncü pillələrdə olan "Arsenal" və "Braqa" 9 xal toplamışlar.
Bu dörd qrupda sonuncu turun görüşləri dekabrın 8-də keçiriləcəkdir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında