“Qızıl”, üstəgəl “gümüş”

Azərbaycan idmançıları Buxarestdə keçirilən gənclər arasında yunan – Roma güləşi üzrə Avropa çempionatına uğurla başlamışlar. Yarışın birinci günü mübarizəyə qoşulan dörd təmsilçimizdən ikisi ölkəmizə medalla qayıdacaq.

Rumıniya paytaxtının idman sarayında qaliblərin mükafatlandırılması mərasimində 60 kq çəki dərəcəsində bütün rəqiblərindən üstün güləş nümayiş etdirən Mikayıl Rəhmanov qızıl medalın sevincini yaşamışdır. Onun komanda yoldaşı Azər Nəsibli (50 kq) isə yalnız final görüşündə uduzub gümüş mükafata sahib olmuşdur.

Dünən, çempionatın ikinci günü Azərbaycanın daha dörd güləşçisi mübarizəyə qoşulmuşdur.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında