Lisenziya döyüşlərində hərəyə iki qələbə

“Sərhədçi” İdman-Olimpiya Mərkəzində boksçuların Rio-de-Janeyro Olimpiadasına dünya təsnifat turniri finişə yaxınlaşmaq üzrədir.

Yüzdən çox ölkə nümayəndələrinin mübarizə apardığı bu məsul yarışda Azərbaycanı təmsil edən hər üç dəri əlcək ustası ilkin mərhələlərdə rəqiblərini rinqi məğlubiyyətlə tərk etməyə məcbur etmişlər.

Rüfət Hüseynov (49 kq) ikinci dövrədə Zuahir Əl-Bakaaliyə (Mərakeş) qalib gələrək yarımfinala çıxmış və Olimpiya vəsiqəsinə bir addım da yaxınlaşmışdır. Xatırladaq ki, bu çəki dərəcəsində XXXI Yay Olimpiya Oyunlarına getmək hüququnu finalçılar qazanırlar.

Teymur Məmmədov (81 kq) ikinci görüşdə gürcüstanlı Laqo Kiziriniyə, Kamran Şahsuvarlı (75 kq) isə Venesuela boksçusu Xose Qonsales Mendesə qalib gəlib dörddəbir finala çıxmışlar. Bu iki çəki dərəcəsində birinci-beşinci yerləri tutan iştirakçılar Braziliyaya gedəcəklər.

Bakıda dünya Olimpiya təsnifat turniri iyunun 25-də başa çatacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında