“Gördüklərim bütün gözləntilərimdən üstün oldu”

Bu fikri dünən Azərbaycan paytaxtında starta çıxmış “Formula — 1” Avropa  Qran-prisi Bakı  mərhələsinin  iştirakçılarından biri “Manor”  komandasının pilotu, 24 yaşlı indoneziyalı Rio Haryanto söyləmişdir.

“Avtosport” saytının bu barədə yaydığı  xəbərdə bildirilir ki, Haryanto yarış  ərəfəsində “Manor”un  mətbuat xidmətinə  verdiyi  müsahibədə Bakı  təəssüratı haqqında  danışarkən  deyib ki, təəssüratım  çox yaxşıdır.  Mən bilmirdim,  tanışlıqdan nə gözləyim, lakin  gördüklərim bütün gözləntilərimdən üstün  oldu. Şəhərin rəngarəngliyi  adamı  heyran  qoyur.  Köhnə  və yeni  şəhərin  vəhdəti buranı Qran-pri yarışlarının  keçirilməsi üçün  heyrətamiz bir yerə çevirmişdir. Bu yer  mənim  çox  xoşuma  gəlir.  Ümid edirəm ki,  azarkeşlər də razıdırlar.

Haryantonun  komanda yoldaşı Paskal Verlayn isə öz fikrini  belə ifadə  etmişdir: — Bakıda ən yaxşısı  budur ki,  məsafə komandalar  və bütün  yürüşçülər üçün yenidir. Bu elə bir haldır ki,   məsafəyə  rəqiblərdən yaxşı  öyrəşmək lazımdır. Bu yol  kifayət qədər sürətlidir. Ona görə də, Monrealdakı  kimi,  bizim maşınımızın işinə yaramalıdır. Bundan  əvvəlki  mərhələdə  müəyyən  müsbət meyl hiss olunub. Güman edirəm ki,  biz burada bir qədər  də irəli gedə biləcəyik.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında