Liderlər qrupunda

Azərbaycanlı qrossmeyster Azər Mirzəyev Litvanın Panevejis şəhərində keçirilən beynəlxalq şahmat turnirində altı turdan sonra liderlər qrupunda irəliləyir.

Turnirin mükafatları uğrunda on iştirakçı mübarizə aparır. Mirzəyev altı görüşdə 4 xal toplamış və onunla eyni nəticə göstərən rusiyalı Sergey Matsenko ilə ikinci-üçüncü yerləri bölüşdürür. Turnir cədvəlinə 5,5 xala malik Marcel Kanarek (Polşa) başçılıq edir.

Finişə isə az qalır. Doqquz turdan ibarət yarışda yeddinci raundun görüşləri dünən keçirilmişdir. Mirzəyev bu dəfə Kanarekə qarşı oynamışdır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında