“Azərreyl” və “Telekom”un rəqibləri məlumdur

Romada qadın voleybol komandaları arasında 2016—2017-ci illər mövsümü üçün Çempionlar Liqası yarışlarının ilkin mərhələsinin püşkü atılmış və qrupların tərkibi məlum olmuşdur. Liqanın kuboku uğrunda mübarizə aparacaq 16 komanda dörd qrupa bölünmüşdür.

Turnirdə Azərbaycan iki klubla təmsil olunacaq. “Azərreyl” voleybolçuları “C” qrupunda çıxış edəcəklər. Burada onları Fransanın “Sent-Rafael”, Türkiyənin “Fənərbağça” komandaları ilə oyunlar gözləyir. Təmsilçimizin daha bir rəqibi  isə seçmə mərhələdə “Agel” (Çexiya)-"Dabrovo Qornitsa" (Polşa) görüşlərinin qalibi olacaq.

Bakının digər komandası “Telekom” Polşanın “Çemak Polis”, İtaliyanın “İmoko Konelyano” klubları ilə birlikdə “A” qrupuna daxildir. Seçmə mərhələdə “Nordmekanika” (İtaliya)-"Kann" (Fransa) cütünün qalibi də bu qrupda yarışacaq.       İlkin mərhələ oyunlarına oktyabrda start veriləcəkdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında