İsveçli Yunas Eriksson

Dünən Sen-Denidə oynanılan və Bakı vaxtı ilə gecəyarısı başa çatan Fransa—Rumıniya görüşü ilə futbol üzrə  Avropa çempionatına start verilmişdir.

Bu gün isə Fransanın daha üç şəhərində (Lans, Bordo, Marsel) ilk oyunlar keçiriləcəkdir: Albaniya—İsveçrə, Uels—Sloveniya, İngiltərə—Rusiya.

Azərbaycanın da futbol ictimaiyyətinin çıxışlarını böyük maraqla gözlədiyi Türkiyə millisi mübarizəyə sabah Parisin “Park de Prens” stadionunda Xorvatiya yığmasına qarşı oyunla başlayacaq. UEFA Fatih Terimin komandasının ilk görüşündə hakimliyi isveçli Yunas Erikssona həvalə etmişdir.

İyunun 12-də Türkiyə—Xorvatiya matçı ilə yanaşı, Polşa–Şimali İrlandiya və Almaniya–Ukrayna görüşləri də keçiriləcəkdir. Növbəti günlərdə isə azarkeşlər çempionatın digər iştirakçılarının oyunlarını izləmək imkanı qazanacaqlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında