Yeddi güləşçimiz birinci onluqda

Dünya Güləş Birliyi planetin ən yaxşı sərbəst güləş ustalarının növbəti reytinq cədvəlini açıqlamışdır. Azərbaycanın yeddi təmsilçisi öz çəki dərəcələrində birinci onluğa daxildir.

Dünya çempionu Hacı Əliyev (61 kq) əvvəlkitək lider mövqeyindədir. Onun komanda yoldaşları Aleksandr Qostiyev (86 kq) üçüncü, Cəmaləddin Məhəmmədov (125 kq) beşinci, Xetaq Qazyumov

(97 kq) altıncı, Toğrul Əsgərov (65 kq) və Cəbrayıl Həsənov

(74 kq) səkkizinci, Hacımurad Ömərov (70 kq) doqquzuncu pillələrdə irəliləyirlər.

Xatırladaq ki, XXXI Yay Olimpiya Oyunlarına bütün altı çəki dərəcəsində lisenziya qazanmış Azərbaycanın sərbəst güləş üzrə yığma komandası Rio-2016-da tam heyətlə çıxış edəcək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında